Xəzərdə iki iri liman tikiləcək

Xəzərdə iki iri liman tikiləcək
16:12 12 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Xəzər nəqliyyat-logistika kompleksinin yaradılması layihəsinin həyata keçirilməsi Mahaçqala (Dağıstan, Rusiya) dəniz ticarət limanının dövriyyəsini 5-6 dəfə artırmağa imkan verəcək.

Milli.Az-ın report-a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstanın rəhbəri Ramazan Abdulatipov yerli mətbuata danışıb.

"Bu gün Mahaçqala dəniz limanının dövriyyəsi 1,5-2 mln. ton təşkil edir. Ticarət dövriyyəsini illik 10-12 mln. tona qədər artırmaq imkanına malikik. Ona görə, bu limanın yenidən qurulması, habelə yeni dəniz limanının tikintisini qarşıya vəzifə kimi qoymuşuq", - deyə Dağıstanın rəhbəri bildirib.

Onun sözlərinə görə, 127 mlrd. rubl dəyərində olan bu layihə (Xəzər Nəqliyyat-Logistika və Dəniz Sənaye Kompleksi) ölkə başçısı Vladimir Putinə təqdim edilib: "Bura gəmiqayırma zavodu, gəmi təmiri zavodu, biodəniz texnologiyaları zavodunun inşası, Xəzərdə kadr mərkəzinin yaradılması və hərbçilərin artıq bu istiqamətdə çalışdıqları yeni hərbi-dəniz bazası daxildir".

R.Abdulatipov, həmçinin əlavə edib ki, ilkin hesablamalara görə, Xəzərdə təkcə kilkə ovu sayəsində respublika ildə 2,5 mlrd. rubl həcmində əlavə gəlir əldə edə bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR