Şvaynştayger MLS klubunun baş məşqçisi ilə görüşüb

Şvaynştayger MLS klubunun baş məşqçisi ilə görüşüb
16:12 12 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"də əsas komandadan kənarda qalan Bastian Şvaynştayger qışda MLS-ə yollanmaq üzrədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Çikaqo Fire" klubunun baş məşqçisi Velko Paunoviçlə görüşüb. Tərəflər 5 saat ərzində restorannda söhbətləşib. Mətbuatın yazdığına görə "qırmızı şeytanlar" 2018-ci ildə başa çatacaq müqavilə üçün Şvaynştaygerə 11 milyon avro təzminat  təklif edir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR