Yığmamıza qarşı oynadı, cəzalı duruma düşdü

Yığmamıza qarşı oynadı, cəzalı duruma düşdü
16:47 12 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi ilə qarşılaşma Şimali İrlandiya üçün itki ilə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızı 4:0 hesabı ilə məğlub edib, 3 xal qazanan britaniyalılar Şeyn Ferqyusonu itirib.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. DÇ-2018-in seçmə mərhələsində 2-ci sarı vərəqəni alan Şeyn növbəti matçı buraxacaq.
 
Maraqlıdı ki, Ferqyuson ardıcıl 2 matçda cəzalanıb. O, oktyabrın 11-də Almaniyaya 0:2 hesabı ilə uduzduqları görüşdə də sarı vərəqə almışdı.
 
Qeyd edək ki, Şeyn 2017-ci martın 26-da Norveçlə keçiriləcək matçı buraxacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR