Tbilisidə 64 xanalıq dama üzrə Avropa çempionatının rəsmi açılışı olub

Tbilisidə 64 xanalıq dama üzrə Avropa çempionatının rəsmi açılışı olub
16:52 12 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Tbilisi. 12 noyabr. REPORT.AZ/ Tbilisidə keçirilən 64 xanalıq dama üzrə Avropa çempionatının rəsmi açılışı olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərasimi Beynəlxalq Dama Oyunları Federasiyasının prezidenti Vladimir Longin açıb.
V.Longin bildirib ki, idmançılar 3 növdə - standart, cəld və blits-dama növləri üzrə mübarizə aparacaqlar. Sonda qalib gələn 6 idmançı 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Çempionatın mükafat fondu 30 min avrodur. Çıxış edənlər idmançılara uğurlar arzulayıblar. Bu gün dama ustaları blits-dama növü üzrə mübarizə aparıblar. Azərbaycanı bu çempionatda Aslan Aslanlı, Famil Kamilli, qadınlar arasında isə Vəfa Aslanova və Leyla Sadıqlı təmsil edirlər. 
Azərbaycan nümayəndə heyətinin rəhbəri, SSRİ idman ustası Adil Quliyev "Report"a açıqlamasında deyib ki, idmançılar bu yarışmaya ciddi hazırlaşıblar. Çempionatda tanınmış dünya və Avropa çempionları, güclü qrossmeystrlər iştirak edirlər.
Gənclər arasında dünya və Azərbaycan çempionu, beynəlxalq usta Aslan Aslanlı isə bildirib ki, məqsədi həmişə olduğu kimi Azərbaycanın bayrağını yüksəklərə qaldırmaqdır: "Çalışacağıq ki, ölkəmizin idman şərəfini uca tutaq. Düzdür bu oyundur, bəzən məğlubiyyətlə də üzləşirik. Amma bu bizi ruhdan salmır. Biz mübarizəmizi davam etdiririk”.
Çempionat noyabrın 20-də başa çatacaq.




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/tbiliside-64-xanaliq-dama-uzre-avropa-cempionatinin-resmi-acilis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR