Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Nə? Harada? Nə vaxt?" olimpiadası keçirilib - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Nə? Harada? Nə vaxt?" olimpiadası keçirilib - FOTO
16:57 12 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İntellektual Klubu Moskvada "Nə? Harada? Nə vaxt?" oyunlarının payız seriyasını keçirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin binasında keçirilmiş turnirdə çıxış edən 34 komanda 24 suala cavab verib. Millətlərarası səviyyədə keçirilən oyunda (bu il iştirakçılar sırasına regional nümayəndəliklər və müxtəlif milli klublar da qoşulub) 200-dən çox gənc oğlan və qız iştirak edirdi.

Ənənəyə görə, turnirin aparıcı rolunda bizim həmvətənimiz, "Nə? Harada? Nə vaxt?" oyunu üzrə "Büllur bayquş" mükafatının sahibi Rövşən Əsgərov çıxış edirdi.

Tədbirin qonağı, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin nümayəndəsi Natiq Əliyev oyun başlayandan əvvəl RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirib, azərbaycanlı gənclərin azərbaycançılıq ideyası ətrafında birləşməsinin vacibliyini qeyd edib. Natiq Əliyev deyib: "Azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası, habelə ölkələrimizin gəncləri arasında ikitərəfli əlaqələrin möhkəmlənməsi RAGB-nin fəaliyyətinin mühüm məqsədidir. Bu oyunda Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə bərabər, digər xalqların nümayəndələrinin də iştirak etməsi çox vacibdir".

Oyunun yekunlarına əsasən iki komanda: Ali İqtisad Məktəbinin (AİM) "Novaya sbornaya" və "AMOR Buryatiya" komandaları liderliyi ələ keçirərək həlledici raundda birincilik uğrunda mübarizə aparıblar. Bu mərhələdə AİM komandası daha uğurlu çıxış edib.

Turnirin qaliblərinə fəxri diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR