Erməni etnoqraf: “Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq səviyyəsində yaşayır”

Erməni etnoqraf: “Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq səviyyəsində yaşayır”
17:52 12 Noyabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Ermənistan əhalisinin üçdə ikisi real yoxsulluq səviyyədə yaşayır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu etnoqraf Qranuş Xaratyan deyib.
Onun sözlərinə görə, Ermənistanda insanlar yoxsul olduqlarını etiraf etməyə utanırlar: "Ona görə də statistika xidmətlərin göstəriciləri reallığı əks etdirmir. Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 41 min dram (86 dollar) səviyyəsində müəyyən edilib. O zaman, belə çıxır ki, 42 min drama yaşayan insan yoxsul deyil?!".
Q.Xaratyan əlavə edib ki, Ermənistanda orta təbəqənin nümayəndələrini müəyyən etmək də çətindir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermeni-etnoqraf-ermenistan-ehalisinin-ucde-ikisi-yoxsulluq-seviyyesinde-yasayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR