Qaçırılan hərbçi geri qaytarıldı (FOTO)

Qaçırılan hərbçi geri qaytarıldı (FOTO)
00:01 6 Yanvar 2015
163 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya sərhədində qaçırılan Türkiyə ordusunun çavuşu geri qaytarılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə baş nazir Əhməd Davudoğlu açıqlama verib.

Baş nazir bildirib ki, hərbçinin geri qaytarılması üçün Milli İstihbarat Təşkilatı xüsusi əməliyyat keçirib.

Türkiyənin NTV telekanalının hərbi mənbələrdən əldə etdiyi məlumata görə, çavuş Özgür Örs Türkiyə-Suriya sərhədində İŞİD terrorçu qruplaşması tərəfindən qaçırılmışdı.

Qeyd edək ki, dekabrın 3-də çavuş Ö.Örs Suriyadan Türkiyəyə girmək istəyən bir qrup şəxsi uzaqlaşdırarkən qaçırılmışdı. Ondanheç bir xəbər alınmamışdı. İddia edilirdi ki, onu sərhəddə İŞİD-çilər ələ keçirib.

Xəbərin əvvəli bu linkdə - Sərhəddə hərbçi qaçırıldı


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR