Azərbaycandan Rusiyaya 160 yük avtomobili buraxılıb, gömrük buraxılış məntəqəsində sıxlıq davam edir

Azərbaycandan Rusiyaya 160 yük avtomobili buraxılıb, gömrük buraxılış məntəqəsində sıxlıq davam edir
18:37 12 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz. 12 noyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən "Samur" gömrük buraxılış məntəqəsində sıxlıq davam edir.
Xaçmaz Gömrük İdarəsinin "Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov "Report"un Şimal bürosuna deyib ki, son bir gün ərzində 160 yük avtomobili Rusiyaya buraxılıb.
O qeyd edib ki, hazırda gömrük buraxılış məntəqəsinin qarşısında 180 yük avtomobili gözləyir.
Rəis müavini bildirib ki, Rusiya tərəfi növbələrin azalması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, beş gündür, Azərbaycan-Rusiya sərhədində sıxlıq müşahidə olunur. Tıxac mövsümlə əlaqədardır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycandan-rusiyaya-160-yuk-avtomobili-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR