Qənirə Paşayeva Tovuzda sakinlər ilə görüşdü - FOTO

Qənirə Paşayeva Tovuzda sakinlər ilə görüşdü - FOTO
19:04 12 Noyabr 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb.

Lent.az-ın məlumatına görə, Q.Paşayeva görüş zamanı onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin müraciətləri əsasən övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

 

Q.Paşayeva fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili dəstək göstərilməsini xahiş edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Su problemləri ilə bağlı müraciətləri millət vəkili müvafiq qurumun rəhbərliyinə çatdıraraq həllində vətəndaşlara dəstək olmağa çağırıb. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərək, ölkəmizin gələcəkdə daha da inkişaf edəcəyini, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. Millət vəkili kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR