“Zirə”dən 6 cavabsız qol

“Zirə”dən 6 cavabsız qol
19:07 12 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandanın oyunu ilə əlaqədar yaranan fasilədə “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb. Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının sön mövsümünün gümüş mükafatçısı Zirə İdman Kompleksinin stadionunda əvəzedici heyətlə üz-üzə gəlib.
 
Oyun əsas komandanın qələbəsi ilə yekunlaşıb. İlk yarıda Sezar Meza Kolli və Adil Nağıyev fərqlənib. Fasilədən az sonra Cavid Tağıyev əsas komandanın üstünlüyünü üç topa çatdırıb.
 
Bundan sonra daha üç qol vurulub. Nurlan Novruzov dubla imza atdıqdan sonra Yasin Həmid də fərqlənib. Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Fanat.Az 

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zirdn-6-cavabsz-qol-t54101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR