Trampa qarşı etirazlar səngimir - FOTO

Trampa qarşı etirazlar səngimir - FOTO
19:12 12 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı milyarder, respublikaçı Donald Trampın prezident seçilməsi ilə bağlı ABŞ-da etiraz aksiyaları səngimək bilmir.

Milli.Az NBC-yə istinadən bildirir ki, Los-Anceles, Mayami, San-Fransisko, Portlend, Nyu-York və s. şəhərlərdə on minlərlə insan küçələrə çıxaraq yürüşlər, mitinqlər keçiriblər.

Nyu-Yorkun Manhetten səmtində minlərlə amerikalı irqçiliyə və Trampa qarşı etiraz etdiklərini bildirərək yürüşə çıxıblar.

Polis 400 nəfəri saxlayıb. Oreqon ştatındakı etiraz aksiyalarında kütləvi qarşıdurmalar yaranıb. Polislər rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.

Donald Tramp ABŞ-ın 45-ci prezidenti, İndiana ştatının qubernatru Mayk Pens isə 48-ci vitse-prezidenti olacaq.

Milli.Az

























































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR