PKK terrorçuları Almaniyaya sığınır

PKK terrorçuları Almaniyaya sığınır
19:17 12 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada sığınacaq axtaran Türkiyə vətəndaşlarının yalnız az bir qisminə qaçqın statusu və ölkədə yaşamaq üçün icazə verilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat "Die Welt" qəzetinin bugünkü nömrəsində Miqrasiya və Qaçqınların İşi üzrə Federal İdarənin məlumatına istinadla yayılıb. Qəzetdə idarənin bəyanatından sitat gətirilərək yazılıb: "Türkiyə vətəndaşlarının sorğuları üzrə müsbət həllərin sayı 2016-cı ilin yanvar ayından sentyabra qədər 6,7 faiz təşkil edir". 2015-ci ildə kömək üçün müraciət etmiş Türkiyə vətəndaşlarının 14,6 faizi sığınacaq alıb.

Qəzetdə vurğulanıb ki, eyni zamanda, sığınacaq barədə müraciətləri təmin edilməmiş Türkiyə vətəndaşlarının çoxu Almaniyada qalır. 2016-cı ilin birinci yarısında AFR-dən təxminən 100 adam Türkiyəyə deportasiya olunub.

Qeyd edək ki, Almaniyada sığınacaq axtaran türkiyəli vətəndaşların çoxu PKK terror təşkilatında iştirakına görə onları haqlı olaraq təqib edən Türkiyə Femidasından qaçır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR