Neymar Messini və Ronaldonu qabaqladı

Neymar Messini və Ronaldonu qabaqladı
19:23 12 Noyabr 2016
136 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın braziliyalı ulduzu Neymar tezliklə ölkəsinin futboldakı yeni qəhrəmanı ola bilər.

Publika.az xəbər verir ki, Rioda keçirilən olimpiadada Braziliyanı çempionluğa daşıyan, finalda da qol vuran Neymar, milli komanda forması ilə artıq 50 qola imza atıb. O, hələ 24 yaşında olmasına rəğmən, millidə Rivaldo, Ziko, Bebeto, Ronaldinyo kimi ulduzlardan daha çox qol vurub.

İndi Neymar Braziliya millisindəki qollarının sayına görə yalnız Romario (55), Ronaldo (62) və Peledən (77) geri qalır.

Neymar Braziliya millisində 50 qolu 74 oyunda vurub.

Braziliyalı ulduz millidəki qol sayında Kriştiano Ronaldonu (Portuqaliya - 49 oyun, 25 qol) və Lionel Messini (Argentina - 68 oyun, 25 qol) də geridə qoyur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR