Salyanda iki avtomobil toqquşub, sürücülərdən biri yaralanıb

Salyanda iki avtomobil toqquşub, sürücülərdən biri yaralanıb
19:37 12 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan.12 noyabr. REPORT.AZ/ Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb.
Belə ki, şəhəri Təbriz Xəlilbəyli küçəsində yaşayan, 53 yaşlı Cavanşir Səttar oğlu Abdulayev idarə etdiyi "Vaz-2106" markalı avtomobillə hərəkət edrkən "Vaz-2107" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-2106" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-iki-avtomobil-toqqusub-suruculerden-biri-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR