Orqanizmin susuzlaşması zamanı nə etməlı?

Orqanizmin susuzlaşması zamanı nə etməlı?
19:42 12 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Orqanizmin susuzlaşması insanın az maye qəbul edib, çox maye itirdiyi zaman baş verir. Bu zaman orqanizmin orqan və toxumalarında onların normal funksiyaının bərpası üçün lazım olan suyun miqdarı azalır. Əgər orqanzmdə itirilmiş su bərpa edilməsə, susuzluq başlayır.
Orqanizmdə susuzlaşma aşağıdakı səbəblərdən baş verə bilir:
* isti havada fiziki yüklənmə zamanı su qəbul etmədikdə
* güclü və davamsız ishal zamanı
* aramsız qusmalar zamanı
* yüksək temperatur zamanı maye qəbul eləmədikdə
* aramsız və həddindən artıq tərləmələrdə.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, susuzluğa az yaşlılar və qocalar daha davamsız olurlar. Orqanizmin susuzlaşması müəyyən səbəblərdən baş verdikdə, su içməklə əlaməti aradan qaldırmaq olur. Amma əgər susuzlaşma müxtəlif patologiyalar səbəbindən baş verərəsə, bu zaman tibbi yardım almaq lazım gəlir. Bu zaman orqanizmə müxtəlif yollara suyun köçürülməsi təmin edilir.
Susuzluq zamanı ağızda quruluq, yorğunluq hissi, yuxuluq, ürək yanğısı, sidiyin miqdarının azalması baş verir. Susuzluq zamanının müddəti artdıqca baş ağrıları, qəbizlik başlayır, bu zaman xəstənin dərisində də dəyişikliklər müşahidə edilir, xəstələr halsızlıqdan yıxılırlar. Xəstəliyin ağır formasında arterial təzyiq aşağı düşür, nəfəsalma çətinləşir, temperatur yüksəlir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR