Salyanda iki avtomobil toqquşdu

Salyanda iki avtomobil toqquşdu
19:48 12 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Təbriz Xəlilbəyli küçəsində yaşayan, 53 yaşlı Cavanşir Səttar oğlu Abdulayev idarə etdiyi "Vaz-2106" markalı avtomobillə hərəkət edərkən "Vaz-2107" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-2106" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR