Tramp möcüzəsi, Vanqanın dəhşətli Amerika proqnozu və Qarabağ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Tramp möcüzəsi, Vanqanın dəhşətli Amerika proqnozu və Qarabağ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
20:03 12 Noyabr 2016
948 Ölkə
Ölkə mətbuatı
A- A+

Heç şübhəsiz ki, Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezidenti seçilməsi həftənin gündəmində bir nömrəli məsələdir. Trampın qələbəsi bəziləri tərəfindən sadəcə olaraq “sürpriz” olaraq qiymətləndirildi. Avropa isə hələ də şokdan ayılmayıb. Suriyada çoxdan gözlənilən Rakka əməliyyatı başlanıb. Mosul əməliyyatında isə işlər istədiyi kimi getmir. Həftənin gündəmində önə çıxan hadisələrdən biri də Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefası oldu. Saakaşvili partiya yaradaraq hakimiyyət uğrunda mübarizəyə qatıldığını anons verdi.

“Azərbaycan yaxın dövrdə Qarabağı qaytarmağa hazırlaşır” – MÜHARİBƏ VARİANTI


Erməni politoloq Stepan Qriqoryan Azərbaycan və Pakistan arasında əməkdaşlığa məhdudiyyət olmadığına diqqət çəkərək, bunun Ermənistan üçün dəhşətli nəticələrə səbəb olacağını bildirib.

Pakistan NATO-nun və Avropa Birliyinin üzvü deyil və ona heç kim mane ola bilməz. Pakistan Ermənistanı dövlət kimi belə tanımır, Azərbaycanla isə qardaş münasibətlərə sahibdir. Bu, bizim ən böyük bəlalarımızdan biridir. Bu ölkə nüvə dövlətidir və çox güclüdür. Belə güclü dövlətlərlə sıx əlaqələr Azərbaycana istənilən an Qarabağı qaytarmağa icazə verir”, - o, bildirib.

Qriqoryan deyib ki, Azərbaycan Qarabağı yaxın dövrlərdə qaytarmağa hazırlaşır.

“Azərbaycan yaxın dövrdə Qarabağı qaytarmağa hazırlaşır” – MÜHARİBƏ VARİANTI

Azərbaycanın Pakistandan silah alması Ermənistanda ciddi qorxulara səbəb olub.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Kazan düsturu” planının sirri ortaya çıxıb. Ermənistanın “lragir” saytı Moskvanın münaqişəni həll edərək bölgə ölkələrinin dəmir yolları şəbəkəsini birləşdirməyi planlaşdırdığını yazıb.

Putinin Qarabağı qaytarmaq planının İNANILMAZ SİRRİ

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Kazan düsturu” planının sirri ortaya çıxıb.

ABŞ-da prezident seçkiləri

Dünyanın ən güclü ölkəsini ən azından 4 il idarə edəcək şəxsin kimliyinə aydınlıq gəldi. Bu, Seçicilər Kollegiyasının 290 səsini qazanan (prezident seçilməsi üçün 270 səs kifayət edirdi –red.) Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Trampdır.

Trampın ABŞ-ın 45-ci prezidenti olmaq hüququnu qazanması sürpriz hesab edildi. Çünki, həm sorğulara, həm də bukmeker kontorlarına görə, seçkilərin favoriti Demokratlar Partiyasının namizədi, keçmiş dövlət katibi Hillari Klinton hesab edilirdi.

ABŞ prezidentini seçir: Klinton favorit, Tramp sürpriz

Bu gün dünyanın ən güclü dövləti – ABŞ-ı ən azından dörd il idarə edəcək yeni şəxsin kimliyinə aydınlıq gələcək.

Favorit Hillari Klinton da sürprizlə razılaşaraq Donald Trampa zəng vurub. Məğlubiyyətini qəbul edən xanım Klinton milyarderi təbrik edib.

Qələbə nitqi ilə çıxış edən Tramp çıxışının əvvəlində “Bütün Amerikanın prezidenti olacağam” deyib. Tramp bildirib ki, ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, dostluq axtaracaq, ABŞ-la yaxşı münasibətlər qurmaq istəyən bütün ölkələrlə yaxşı münasibətlər quracaq.

Hillari Klinton məğlubiyyəti qəbul etsə də, onun tərəfdarları məğlubiyyəti həzm edə bilmir. Trampın qələbə qazandığı dəqiqləşəndən sonra ABŞ-da kütləvi etiraz aksiyaları başlanıb.

Amerikada “rəngli inqilab” başlayır – BUMERANQ

Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz aksiyaları davam edir. Ölkənin müxtəlif yerlərində keçirilən aksiyalara minlərlə insan qatılıb. Etirazlar Nyu-York başda olmaqla, Vaşinqton, Baltimor, Filadelfiya, Los-Anceles, San Fransisko və Oakland kimi böyük şəhərlərdə keçirilir.

Küçələrə çıxan minlərlə insan “Mənim prezidentim deyil” plakatlarını daşıyırlar.

Bu gün isə Portland şəhərində bir nəfər etirazçı güllələnib. Bu, seçkidən sonra başlanan etiraz aksiyalarında ilk qurbandır.

Amerikada “rəngli inqilab” başlayır – BUMERANQ

Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz aksiyaları davam edir.

Amerikada üsyan – FOTO/VİDEO

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da etiraz aksiyaları getdikcə yüksəlir.

Hillari Klinton tərəfdarları isə hələ də keçmiş dövlət katibinin prezident olacağına ümid edirlər. “Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.

Müraciətin müəllifləri Seçicilər Kollegiyasını 19 dekabrda nəzərdə tutulmuş formal səsvermədə demokrat Hillari Klintona səs verməyə çağırıb. Müraciətin müəllifi qeyd edir ki, siyasətçi ABŞ sakinlərinin daha çox səsini toplayıb. Mətndə iddia edilir ki, Ağ Evi başqa namizədə vermək hələ mümkündür.

Klinton üçün petisiya dərc edildi

“Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.

BAŞLANDI: Kaliforniya ABŞ-dan ayrılır

Məğlubiyyəti həzm edə bilməyən Kaliforniya ştatının sakinləri isə ABŞ-ın tərkibindən çıxmaq istəyir. Ştatda referendumun təşkili üzrə kampaniya başlanıb.

Kampaniyaya dəstək olaraq “Twitter”də “# Calexit” və “# Caleavefornia” heşteqləri yaradılıb. Həmçinin ştat sakinləri “yescalifornia.org” saytında referendum təşəbbüsü ilə daha ətraflı tanış ola bilərlər.

ABŞ parçalanır: İlk addım atıldı

Həmçinin ştat sakinləri “yescalifornia.org” saytında referendum təşəbbüsü ilə daha ətraflı tanış ola bilərlər.

Yeri gəlmişkən, dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər yenidən gündəmə gəlib. Vanqa hələ 70-ci illərdə ABŞ-la bağlı proqnoz verib: "Ağ evə qara dərili prezident gələcək və o, ABŞ-ın sonuncu rəhbəri olacaq. Ona görə ki, ondan sonra ABŞ donacaq və yaxud da güclü iqtisadi böhranla üzləşəcək. Ola bilsin ki, ölkə cənub və şimali ştatlara parçalansın".

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Vladimir Putin seçkilərinə müvəffəqiyyətlə müdaxilə etdiyini bildirib.“Putin bizim seçkilərimizə müdaxilə etdi və müvəffəqiyyət qazandı. Afərin!”, - deyə diplomat “Twitter”də yazıb.

ABŞ xüsusi xidmət orqanları dəfələrlə bildirib ki, Rusiya Trampın namizədliyini dəstəkləyir. Vladimir Putin isə cavabında qeyd edib ki, bu iddialar ictimai rəyə təsir etmək və manipulyasiya üsuludur. Putin həmçinin deyib ki, Moskva Amerika xalqının seçəcəyi istənilən prezidentlə işləyəcək.

ABŞ-dakı prezident seçkilərində respublikaçı namizəd Donald Trampın qələbəsi Avropada şok effekti yaradıb. Fransanın ABŞ-dakı səfiri Gerard Araud “Brexit” və ABŞ-dakı seçkilərdən sonra artıq hər şey mümkün olduğunu deyib.

“Gözlərimizin önündə bir dünya yıxılır”, - deyə səfir seçkilərin nəticəsini qiymətləndirib. Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen seçkilərdən sonra şok yaşadıqlarını bildirib.

Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi – Tramp üçün PROQNOZLAR

Trampın ABŞ prezidentliyi dövründə baş verə biləcək hadisələrlə bağlı proqnozlar artıq səslənməyə başlanıb. Publisist, ictimai xadim və Litvinenko Fondunun başçısı Aleksandr Qoldfarb ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin geosiyasətə necə təsir edəcəyinə dair fikirlərini bildirib.

Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi – Tramp üçün PROQNOZLAR

Publisist, ictimai xadim və Litvinenko Fondunun başçısı Aleksandr Qoldfarb ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin geosiyasətə necə təsir edəcəyinə dair fikirlərini bildirib.

Sən demə, Trampın prezident olacağını hələ 16 il əvvəl proqnozlaşdırmışdılar. Dünyaca məşhur "Simpsons" multiplikasiya serialında 2000-ci ildəki seriyalardan birində milyarder Donald Trampa çox bənzəyən personaj göstərilmişdi. Həmin personaj ABŞ prezidentliyinə namizəd idi.

Trampın qələbəsini hələ 16 il əvvəl demişdilər - VİDEO

Dünyaca məşhur "Simpsons" multiplikasiya serialında 2000-ci ildəki seriyalardan birində milyarder Donald Trampa çox bənzəyən personaj göstərilmişdi.

Tramp bu şəxslərə vəzifə verəcək – SİYAHI

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampın köməkçiləri yeni administrasiyada əsas vəzifələrə namizədlərin siyahısını hazırlamağa başlayıb.

Siyahını “The Wall Street Journal” qəzeti açıqlayıb.

Tramp bu şəxslərə vəzifə verəcək – SİYAHI

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampın köməkçiləri yeni administrasiyada əsas vəzifələrə namizədlərin siyahısını hazırlamağa başlayıb.

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra müsəlmanlar, azlıqlar və qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələrinə qarşı hücumlar artıb.

“Twitter” istifadəçiləri milyarderin tərəfdarlarını hücumlarda ittiham ediblər. Onlardan biri “Tramp. Birinci gün” ifadəsi ilə hücuma məruz qalanlardan birinin şəklini paylaşıb.

Trampın qələbə qazanması Rusiyanın siyasi elitası tərəfindən sevinclə qarşılansa da, ekspertlər ehtiyatlı olmağı məsləhət görürlər.

Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib ki, ABŞ-ın yeni prezidenti Donald Trampa özünü sübut etmək üçün xarici siyasətdə parlaq hərbi qələbə lazımdır. Onun sözlərinə görə, bu, Rusiya üçün böyük problemə çevrilə bilər:

“Trampın şüarı “Amerikanı yenidən böyük edək”dir. Bu cür insanlar böyüklüyü başqalarının üzərində hökmranlıqda görürlər. Buna görə də o, mütləq gücünü göstərəcək. Onun kimisə məğlub etməsi lazımdır. Belə qələbə dünyanın istənilən yerində ola bilər. Daha real variant kimi Suriyanı götürmək olar. Bunun üçün o, Suriyada rus təyyarələrini vurmalı olacaq. Əgər belə etməsə, qalib olmayacaq”.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə Kremlə mesaj göndərib ki, sevinməyə dəyməz. Mark Toner bildirib ki, Krım Ukraynaya geri qaytarılmasa, ABŞ Rusiya Federasiyasına tətbiq etdiyi heç bir sanksiyanı aradan qaldırmayacaq.

“Administrasiyanın mövqeyi dəyişməz olaraq qalır. Rusiya Krımdakı hərbi qüvvələrini geri çəkməyənə, Krımı Ukraynanın tərkibinə qaytarmayana qədər ABŞ sanksiya siyasətini dəyişməyəcək”, - deyə o, bildirib.

Türkiyəni cənubdan vurmaq planı: HÜCUM BAŞLAYIR

ABŞ Suriya və İraqda Türkiyə əleyhinə planlarını reallaşdırmaqda davam edir. “Yeni Şafak” qəzetinin Suriyadakı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ və PYD-nin (PKK terror təşkilatının Suriya qolu) başladığı Rakka əməliyyatının əsas hədəfi Türkiyənin cənubunda “kürd dəhlizi”nin yaradılması üçün əhəmiyyətli yer olan Əl-Babı ələ keçirməkdir.

Türkiyəni cənubdan vurmaq planı: HÜCUM BAŞLAYIR

ABŞ və PYD-nin (PKK-nın Suriya qolu) başladığı Rakka əməliyyatının əsas hədəfi Türkiyənin cənubunda “kürd dəhlizi”nin yaradılması üçün əhəmiyyətli yer olan El-Babı ələ keçirməkdir.

İddiaya görə, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin Mosuldan qaçıb. İraq kəşfiyyatı onun hava zərbələrindən qorunmaq üçün canlı sipər məqsədilə 150 ailə ilə birgə qaçdığınını bildirib.

NATO-dan müharibə elanı kimi addım: 300 minlik...

Qərb-Rusiya münasibətləri “soyuq müharibə”dən real hərbi qarşıdurmaya keçə bilər. Hərbi ittifaqın baş katibi Yens Stoltenberq bildirib ki, NATO-nun yüz minlərlə hərbi qulluqçusu Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda daha yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiyanın təcavüzünü dayandırmaq üçün əhəmiyyətli quru gücləri hazırlamaq fikrindədir.

NATO-dan müharibə elanı kimi addım: 300 minlik...

NATO-nun yüz minlərlə hərbi qulluqçusu Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda daha yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Saakaşvili istefa verdi

Noyabrın 8-də Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

Odessa keçirdiyi mətbuat konfransında Saakaşvili Ukrayna hakimiyyətini korrupsiyada ittiham edib. Saakaşvili istefa qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə bağlayıb. “Yaranmış vəziyyətdə istefaya getməyə və mübarizənin yeni mərhələsinə başlamağa qərar verdim”, - o, deyib.

O, qeyd edib ki, məmurların gəlirləri haqqında elektron bəyannamələrin elanı onun səbrini daşıran “son damcı” olub.

Mixail Saakaşvili bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir. Onun sözlərinə görə, bunlar Odessa meri Gennadi Truxanov və Odessa vilayət şurasının sədri Anatoli Urbanskiyin klanlarıdır.

Mixail Saakaşvili noyabrın 11-də yeni partiyanın yaradıldığını elan edib. “Biz yeni və geniş siyasi güc, yeni güclərin platformasını yaradacağıq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi və mövcud rejimin dəyişdirilməsi partiyanın hədəfi olacaq”, - deyə Saakaşvili bildirib.

O, həmçinin deyib ki, yeni siyasi güc başqa siyasi güclərlə bloklara daxil olmayacaq. Saakaşvli Ukraynadakı siyasi spektrin praktik olaraq tamamilə çürüdüyünü deyib.

Kiyev uğrunda Saakaşvili-Putin mübarizəsi başlandı

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni partiyanın yaradıldığını elan edib.

Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR

ABŞ-da Donald Trampın prezident seçilməsinə sevinən Rusiya qonşu Ukraynada da başqa rəhbərliyi görmək arzusundadır. Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır. Onun sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsidir. “Bu seçkilərdə hakimiyyətə Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir”, - deyə o, bildirib.

Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR

Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.

Pentaqondan SOS: Müharibə bir neçə günə başlayır

İraqın Mosul şəhəri ətrafında oktyabrın 17-də başlanan əməliyyatda susqunluq olsa da, Suriyanın Hələb bölgəsində yaxın günlərdə vəziyyət dəyişə bilər.

ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) Hərbi Dəniz İnstitutunun portalına bildiriblər ki, Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin təyyarələri Suriya səmasında qeydə alınıb.

Pentaqon nümayəndəsinin sözlərinə görə, yaxın günlərdə Hələb ətrafında döyüş əməliyyatlarının aktivləşməsi gözlənilir və əməliyyatlara “Admiral Kuznetsov” aviaqrupu da qoşula bilər.

Noyabrın 8-də Rusiya Müdafiə Nazirliyindəki mənbə “İnterfaks”a bildirib ki, “Admiral Kuznetsov” kreyserinin göyərtə aviasiyası və yüksək dəqiqliyə malik silahlarla təchiz edilmiş hərbi gəmiləri Hələbdə döyüşçülərə zərbələr endirməyə hazırlaşırlar. Oktyabrın 26-da NATO-dan bildiriblər ki, Suriya istiqamətinə yollanan “Admiral Kuznetsov” Hələbə zərbələrin vurulması üçün istifadə edilə bilər.

Pentaqondan SOS: Müharibə bir neçə günə başlayır

Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin təyyarələri Suriya səmasında qeydə alınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropanı hədələyib.

Prezident “Əl-Cəzirə” kanalına müsahibəsində ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların Avropaya gedə biləcəyini vurğulayıb: “Biz 3 milyon qaçqını saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını qəbul edə bilmirlər”.

Ərdoğan Avropa İttifaqının üzərinə götürdüyü vəsaiti də Türkiyəyə vermədiyini xatırladıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR