XÜSUSİ ƏMƏLİYYAT: Moskvanı göyə uçurtmağa hazırlaşanlar tutuldu - VİDEO

XÜSUSİ ƏMƏLİYYAT: Moskvanı göyə uçurtmağa hazırlaşanlar tutuldu - VİDEO
20:23 12 Noyabr 2016
114 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva və Sankt-Peterburqda partlayışlar törətməyi planlaşdıran terror qruplaşmasının 10 üzvünü saxlayıb.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, FTX-nın mətbuat xidmətindən bildirilən məlumata görə, silahlılar avtomat silahlardan və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə silsilə terror aktları törətməyi planlaşdırıblar.

Əməliyyat zamanı terrorçulardan 4 ədəd partlayıcı qurğu, rabitə vasitələri, odlu silahlar və döyüş sursatları aşkarlanaraq götürülüb.

Qruplaşma üzvlərinin hamısının Mərkəzi Asiya ölkələrinin vətəndaşları olduğu bildirilir.

Əməliyyat Tacikistan və Qırğızıstan xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə keçirilib.

Saxlanılanlar İŞİD terror qruplaşmasının başçıları ilə əlaqədə olduqlarını etiraf ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR