x
Loading...
.

Diş ətini gücləndirmək üçün qidalar

Diş ətini gücləndirmək üçün qidalar
20:47 12 Noyabr 2016
402 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Sağlam dişlərə sahib olmağı hər bir insan istəyər. Bu səbəbdən də, diş sağlamlığı hər şeydən əvvəl dişətindən başlayır. Əgər biz diş ətini qoruyub, gücləndirsək, daha az problemlə qarşılaşarıq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, diş ətini gücləndirməyin bir çox yolu var. Onlardan ən sağlamı təbii qida müalicəsidir. Belə ki, bəzi qidaların tərkibində olan maddələr diş ətində olan bakteriyaları öldürür.
Təbii qida seçimi ilə bağlı mütəxəssislər bəzi təkliflər verdilər.
Onlar kök, xiyar və kərəvizin diş ətini gücləndirdiyini söylədilər.
Bundan əlavə, su içərək dişlərin təmizlənməsinin mümkün olduğunu vurğuladılar. Belə ki, şəkərli qidalar su sayəsində dişlərdən təmizlənir.
Yaşıl və ya qara çay ləkə əmələ gətirsə də, bakteriyaları öldürüb dişlərin ömrünü uzadır.
Pendir və süd isə, diş sağlamlığı üçün mütləq istehlak edilməsi lazım olan qidalar arasında yer alırlar. Hər ikisində də kalsium və fosfat vardır. Bu maddələr diş sağlamlığı üçün olduqca önəmlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR