Peyvəndən sonra baş verən patologiyalar

Peyvəndən sonra baş verən patologiyalar
21:42 12 Noyabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Çiçəyə, ADT, AGDT  və  antirabik peyvəndlərindən sonra ensefalitlər inkişaf edə bilir.
Xəstəliyin əmələ gəlməsində beynin allergik reaksiyası mühüm rol oynayır. Belə ki, bu zaman morfoloji olaraq beyin damarlarının iltihabi zədələnməsi baş verir və aşağıdakılar meydana çıxır:
* perivenoz infiltiratlar
* diapedez qansızmalar
* beyin ödeminin inkişafı.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, proses başlıca olaraq baş və onurğa beynin ağ maddəsində lokallaşır və iltihabi ocaqaların əmələ gəlməsi ilə səciyyələnir. Morfologi baxımdan peyvənddən sonra əmələ gələn ensefalitlər peyvəndin beyində allergik reaksiyası hesab edilir.
Xəstəliyin əlamətləri peyvənd vurulduqdan 7-12 gün sonra bəzən isə daha tez baş verir. Bu zaman temperatur 39-40*-ə qədər yüksəlir, baş ağrıları, qusma, huşun itməsi, qıcolmalar meydana çıxır. Bəzən memingial əlamətlər özünü göstərir və hətta ifliclər inkişaf edilir. Peyvəndlərdən sonra baş verən ensefalitlərdə periferik ifliclər və parezlər də müşahidə edilə bilir.
Xəstəliyin klinikası xoşxassəlidir. Düzgün müalicə olunduqda tam sağalma baş verir.
Müalicə zamanı immunosupressorlardan, kortikosteroidlərdən, desensibiləedici vasitələrdən, qıcolma əleyhinə dərman vasitələrindən, qızdırmasalıcı dərmanlardan istifadə edilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR