Millimiz ikinci dəfə ili biabırçılıqla başa vurur

Millimiz ikinci dəfə ili biabırçılıqla başa vurur
21:43 12 Noyabr 2016
122 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi 2016-cı ili böyükhesablı məğlubiyyətlə başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in Şimali İrlandiya ilə səfər matçındakı 0:4 hesablı yenilgi ilə ili finişə çatdırıb.

Bu, 1992-ci ildə yaradılan yığmamızın tarixində 25-ci ilin sonu olub. Həmin müddət ərzində komandamız yalnız bir dəfə yeni ilə daha acınacaqlı nəticə ilə yollanıb. 1997-ci ilin sonunda İsveçrə yığmamıza qarşı daha amansız olub – 0:5.

DÇ-1998-in seçmə oyununda Bakıda rəqibini 1:0 udub, sensasiyaya imza atan yığmamız səfər matçında isveçrəlilərin qisasına məruz qalıb. Bu dəfə də britaniyalılar millimizdən sanki qisas alıb. Onlar DÇ-2014-ün seçmə oyunlarında rəqibindən 4 xal alan millimizi 4 qola qonaq ediblər.

1997-ci ildəki İsveçrə fiaslkosundan sonra komandamız heç vaxt 4 və ya daha çox top fərqi ilə uduzmayıb. Bu isə o deməkdi ki, tarixinin ikinci ən uğursuz finişini gerçəkləşdirən yığmamız son 18 ildə ən pis sonluqla üzləşib.

Ümumilikdə isə 25 ildən 15-də son matçımız məğlubiyyətlə nəticələnib. Düzdü, 1992 və 1993-də il tez başa çatıb. İlk ilimiz isə ümumiyyətlə 1 görüşdən ibarət olub.

Yığmamız 4 dəfə ili qələbə ilə başa vurub. 6 halda isə finiş xətti heç-heçəylə keçilib. (apasport)

Yığmamızın illər üzrə son oyunları

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan 6:3

8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) 3:3

13 dekabr 1994. Trabzon. AÇ. Azərbaycan – Fransa 0:2

15 noyabr 1995. Trabzon. AÇ. Azərbaycan – Polşa 0:0

10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan 0:3

11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan 5:0

28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya 2:1

9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya 0:1

11 oktyabr 2000. Bakı. DÇ. Azərbaycan – Türkiyə 0:1

7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan 3:0

20 noyabr 2002. Bakı. AÇ. Azərbaycan – Uels 0:2

20 dekabr 2003. Ər- Riyad. YO. Səudiyyə Ərəbistanı – Azərbaycan 1:0

17 noyabr 2004. Bakı. YO. Azərbaycan – Bolqarıstan 0:0

12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan 2:0

11 oktyabr 2006. Brüssel. AÇ. Belçika – Azərbaycan 3:0

21 noyabr 2007. Bakı. AÇ. Azərbaycan – Belçika 0:1

19 noyabr 2008. Bakı. YO. Azərbaycan - Albaniya 1:1

18 noyabr 2009. Əl-Ayn. BT. Azərbaycan - Çexiya 2:0

17 noyabr 2010. Podqoritsa. YO. Monteneqro - Azərbaycan 2:0

11 noyabr 2011. Tirana. YO. Albaniya – Azərbaycan 0:1

14 noyabr 2012. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan 1:1

19 noyabr 2013. Bişkek. YO. Qırğızıstan – Azərbaycan 0:0

16 noyabr 2014. Bakı. AÇ. Azərbaycan – Norveç 0:1

17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova 2:1

11 noyabr 2016. Belfast. Şimali İrlandiya – Azərbaycan 4:0


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR