Moskvanı don vurub: uçuşlar təxirə salındı

Moskvanı don vurub: uçuşlar təxirə salındı
22:27 12 Noyabr 2016
108 Dünya
Ölkə mətbuatı
A- A+

Fobos hava mərkəzi bildirir ki, bir sutka ərzində yağıntının həcmi son 47 ilin rekordunu yeniləyib.
Rusiyada çətin hava şəraitilə bağlı paytaxtın hava lımanlarından 70-dək təyyarə reysi ya ləğv edilib ya da ki, təxirə salınıb, yandex.ru portalında göstərilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, cümə günündən bəri Moskva bölgəsində qar yağıntısı davam edir.
Fobos hava mərkəzi bildirir ki, bir sutka ərzində yağıntının həcmi son 47 ilin rekordunu yeniləyib.
Hava şəraiti aeroportlarla yanaşı dəmir yolu və avtomobil nəqliyyatının aramsız hərəkətini də pozub.
Rels və elektrik xəttlərində əmələ gələn buz ortüyünə görə bəzi qatarların hərəkət cədvəlində gecikmələr müşahidə olunur.
Ötən gün ərzində Moskva bölgəsində 900-dək yol-hərəkət hadisələri qeydə alınıb.
Moskva vilayətinin Dmitrov rayonunda 120 yaşayış məntəqəsi işıqsız qalıb.
Elektrik təchizatı ilə problemlər Vladimir, Kirov, Tver, Kaluqa və Nijni Novqorod vilayətlərində yaşanır.
Moskvanın şəhər kommunal xidmətləri fasiləsiz iş rejiminə keçirilib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR