Tanınmış modelyer qızının toyuna milyonlar xərclədi - FOTO

Tanınmış modelyer qızının toyuna milyonlar xərclədi - FOTO
22:53 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur modelyeri Valentin Yudaşkin ailəsi ilə birlikdə “Pro lyubov” şousunun qonağı olub.

Publika.az xəbər verir ki, modelyer övladı Qalinanın toyuna xərclədiyi milyonlardan danışıb.

Yudaşkin bildirib ki, “Əsrin toyu” adlandırılan mərasimdə Qalina və həyat yoldaşı Petr Maksakovun geyimləri üçün də çox pul xərclənib.

Modelyer mərasimə hazırlıq mərhələsinin başlanğıcında yarım milyon dollar xərclədiyini deyib:

“Sonrasını artıq hesablamadım. Qızımın gəlinlik libasını da özüm tikdim. Paltara bahalı bir avtomobil dəyərində pul xərclədim. Ondan sonra isə ikinci gəlinlik paltarını tikdim”.

Qeyd edək ki, Yudaşkinin qızı apreldə ana olub. (axsam.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR