Obama ailəsi ilə birlikdə bu evdə yaşayacaq - fotolar

Obama ailəsi ilə birlikdə bu evdə yaşayacaq -  fotolar
23:06 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın "Ağ ev"dən köçdükdən sonra yaşayacağı malikanənin fotoları yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama ailəsi ilə birlikdə Vaşinqtonda yerləşən villaya köçəcək. Ev Vaşinqtonun ən elit rayonu sayılan Kaloramada yerləşir. Bir çox ölkələrin səfirlikləri də məhz bu rayondadır.

Malikanə 2800 kvadratmetr ərazidə tikilib. 1928-ci ildə tikilən evin dörd bir yanını park əhatə edir. Villada 9 yataq, 8 vanna otağı var.

2014-cü ildə bu malikanəni "Ağ ev"in keçmiş mətbuat katibi 5,3 milyon dollara almışdı. Obama artıq evin kirayəsi ilə bağlı danışıqlar aparıb və razılıq əldə edib. Evin aylıq kirayə pulu 22 min dollardır.

Obama ailəsinin Çikaqoda evi var. Ailə qızlarının təhsili ilə əlaqədar hələ ki, Vaşinqtonda qalmalıdır. Onlar 2017-ci ilin yanvarında öz mənzillərinə köçəcəklər.
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR