Millimizi Belfastdan gətirən təyyarə Bakıya endi

Millimizi Belfastdan gətirən təyyarə Bakıya endi
23:07 12 Noyabr 2016
120 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisini Şimali İrlandiyanın paytaxtı Belfast şəhərindən gətirən AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

"Report"un xəbərinə görə, təxirə salınan uçuş Bakı vaxtı ilə saat 13.00-a nəzərdə tutulsa da, təyyarədəki nasazlığa görə daha bir saat yarım gecikib. Nəhayət, 5 saatlıq uçuşdan sonra təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizi-belfastdan-gtirn-tyyar-bakya-endi-t54103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR