Bu kənddə 6 yaşlı oğlana sitayiş edirlər - FOTO

Bu kənddə 6 yaşlı oğlana sitayiş edirlər - FOTO
23:27 12 Noyabr 2016
165 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistandakı bu kəndin sakinləri 6 yaşlı oğlana hinduist tanrının canlı zühuru, reinkarnasiyası təki sitayiş edirlər.

Pəncab ştatındakı Calandhar kəndində yaşayan Pranşu anadangəlmə şikəst doğulub. Onun alnı və siması deformasiya olunub.

Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, kənd sakinləri Pranşunu insanlara uğur, zənginlik və bəxtəvərlik bəxş edən Qaneş tanrısının reinakrnasiyası sayırlar.

İnsan vücudlu Qaneş fil başlıdır.

Hətta müəllimlərpi belə Pranşuya sitayiş edir.

Hər cümə axşamı Pranşu kənddəki məbədin qarşısında onun ziyarətinə gələnləri qəbul edir.

Pranşunun atası Kamleş deyir: "Mən də bütün kənd camaatı kimi ona sitayyiş edirəm. Oğlumun xeyir-dua verdiyi insanlar həmişə xeyir tapır. Oğlum hələ balaca olanda Qaneşə bağlayırdı. Pranşu böyük başla doğulub. Onun başı hələ də böyüyür".

Deyəsən, kəndlilərin ona sitayiş etməsinndən Pranşu da xoşlanır.

"Hamı mənə sitayiş edir. Mənə "Qaneş Ci" deyəndə xoşlanıram. Bu, məni bəxtəvər edir. Böyük başımdan, sifətimdən razıyam".

Pranşu yoxsul ailədə doğulub. Onun atası fəhlədir və gündəlik gəliri 5 dollardan da azdır. 4 qardaşı olan Pranşunun böyük qardaşı da eyni xəstəliyə mübtəladır.

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/487688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR