Latviya ilə Belarus dövlət sərhəddini hasarlayacaqlar

Latviya ilə Belarus dövlət sərhəddini hasarlayacaqlar
23:37 12 Noyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Latviya Belarus ilə sərhəddə hasar çəkəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Baltik ölkənin sərhəd xidmətinin rəisi Normund Qarbars məlumat verib.

Onun sözlərinə görə, hasar çəkməkdə əsas məqsəd ölkəsini Belarusdan gələn qanun pozucularından qorumaqdır.
"Dövlət büdcəsində növbəti il üçün Latviya və Belarus arasında dövlət sərhəd xəttinin yenidən qurulması layihəsi üçün vəsait nəzərdə tutulub",- Qarbars bildirib. Lakin bu məqsəd üçün nəzərdə tutulan vəsaitin həcmini sərhəd xidmətinin rəisi açıqlamayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR