Əfqanıstanda dörd ABŞ hərbçisi öldürüldü, 17 yaralı

Əfqanıstanda dörd ABŞ hərbçisi öldürüldü, 17 yaralı
00:19 13 Noyabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın müdafiə naziri Eşton Karter  NATO-nun Əfqanıstanın Pərvan əyalətindəki “Baqram” hərbi bazasında törədilən partlayış nəticəsində dörd amerikalının öldüyünü təsdiqləyib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Karterin məlumatına əsasən, ölənlərdən ikisi hərbçi, ikisi isə müqavilə əsasında bazada çalışan işçilərdir. İnsident nəticəsində NATO-nun “Əzmli dəstək” missiyasında iştirak edən bir polşalı və 16 amerikalı hərbçi yaralanıb.

 

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR