Dövlət televiziyasının müxbiri şəhid oldu

Dövlət televiziyasının müxbiri şəhid oldu
00:28 13 Noyabr 2016
160 Dünya
Ölkə mətbuatı
A- A+

İran dövlət televiziyasının (İRİB) müxbiri Möhsen Xəzayi Suriyanın Hələb şəhərində reportaj hazırlayarkən həlak olub.

İRİB-in verdiyi məlumata görə, müxbirin yaxınlığında terrorçular tərəfindən atılan top mərmisi partlayıb. Partlayış nəticəsində müxbir həlak olub, ağır yaralanan operator Tamir Sənduq isə xəstəxanaya yerləşdirilib.

Möhsen Xəzayi Suriyada həlak olan ilk iranlı jurnalist deyil. Belə ki, 2013-cü ildə tədqiqatçı jurnalist və rejissor Hadi Bağbani Suriyada davam edən vətəndaş müharibəsi haqqında sənədli film çəkmək üçün Dəməşqə getmiş və orada terrorçular tərəfindən qətlə yetirilmişdi.

Xatırladaq ki, hər iki jurnalistə şəhid adı verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR