İŞİD xlorlu mərmilərdən istifadə etdi

İŞİD  xlorlu mərmilərdən istifadə etdi
05:29 13 Noyabr 2016
114 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD silahlıları İraqın Səlahəddin əyalətinin Şərqat rayonunu xlorlu mərmilərlə atəşə tutub, nəticədə 3 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.

 

“İŞİD silahlıları Əl-Hanuka kəndinə zəhərli maddə hesab edilən xlorla doldurulmuş  azı 15 mərmi atıblar”, - deyə ordudakı  mənbə  telekanala bildirib.

 

“Zərbələr nəticəsində 3 nəfər ölüb, iki nəfər yaralanıb. Onların arasında qadın və uşaq da var, həmçinin kəndə ciddi ziyan dəyib”, - deyə mənbə əlavə edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR