Albuxarı ilə toyuq ruleti

Albuxarı ilə toyuq ruleti
07:05 13 Noyabr 2016
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az albuxarı ilə toyuq ruletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

600 q toyuq filesi
200 q şampinyon 
150 q albuxarı
50 q fıstıq 
qara üyüdülmüş istiot
duz

Toyuğun dərisini soyun (amma atmayın). 
Göbələyi doğrayıb (balacadırsa, bütöv də olar) qovurun, soyudun. 

Toyuq filesi ilə qara gavalını balaca doğrayın. Toyuq əti, göbələk, albuxarı, təmizlənmiş fıstıq, duz və istiotu qarışdırın. Bu qarışığı toyuq dərisinin içinə yığıb rulet kimi bükün. Sonra isə folqaya bükün. 200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Sobadan çıxarıb soyudun. Sonra isə 1 gecə soyuducuda saxlayın. 

Süfrəyə dilimləyərək verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/488279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR