35 min Zidan 1 nəfəri təklədi

35 min Zidan 1 nəfəri təklədi
08:28 13 Noyabr 2016
135 İdman
Ölkə mətbuatı
A- A+

Hindistan çempionatında oynayan-məşqçi kimi fəaliyyət göstərən Marko Materatsinin komandasının oyununda stadiona toplaşan 35 min azarkeş maraqlı aksiya hazırlayıb.

Publika.az xəbər verir ki, azarkeşlər Fransa millisinin sabiq futbolçusu, hazırda “Real”ı çalışdıran Zinəddin Zidanın maskasını geyinib. Bununla da Əlcəzair əsilli fransıza dəstək nümayiş etdiriblər.

Xatırlayırsızsa, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında İtaliya və Fransa arasında baş tutan final oyununda bacısını təhqir etdiyi üçün Zidan Materatsiyə kəllə atmışdı. Bundan sonra Zizu meydandan qovulmuş və yekunda İtaliya dünya çempionu olmuşdu. Elə həmin mundialdan sonra Zidan karyerasını bitirmişdi.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR