Məktəbin 100 metrliyində neft borusu partladı

Məktəbin 100 metrliyində neft borusu partladı
10:37 13 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada "Milli Azadlıq Ordusu"ndan olan üsyançılar Narinyo departamentində Transand neft borusunu partladıblar.
Milli.Az publika.az-a istinadən bildirir ki, partlayış Rikaurte şəhərciyində, orta məktəbdən 100 metr aralıdan keçən neft borusunda törədilib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Partlayış nəticəsində neft əraziyə axaraq, Quis çayının məcrasınadək çatıb.
"Ecopetrol" dövlət neft şirkətinin əməkdaşları çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR