Zlatandan etiraf: "Onun kimi olmaq istəmişəm"

Zlatandan etiraf: "Onun kimi olmaq istəmişəm"
10:47 13 Noyabr 2016
130 İdman
Ölkə mətbuatı
A- A+

Zlatan İbrahimoviç "Manchester United"in rəsmi saytına müsahibə verib. Milli.Az goal.az-a istinadən onun açıqlamalarını təqdim edir.

- Daha öncə demisiz ki, Ronaldo (braziliyalı Luis Nazario - red.) bütün dövrlərin ən böyük futbolçusudur. Onu xüsusi edən nədir?

- Ronaldo fenomenal oyunçu idi. Onun hər etdiyi hərəkət təəccüb reaksiyası doğura bilirdi. O, mürəkkəb şeylər edirdi və bunlar möcuzəvi şəkildə alınırdı. Topu alanda sanki deyirdi: "Onun qayğısına qalacam"... Belə futbolçu nə əvvəl, nə də indi yoxdur. Gənc olanda Ronaldonu izləyib özümə deyirdim: "Məhz belə olmaq istəyirəm. Başqalarından aşkar seçilən bir futbolçu"...

- Karyeranızda vurduğunuz ən yaxşı qol hansıdır?

- Seçmək asandır. İngiltərənin qapısına vurduğum üstdən aşırma zərbə.

- Tamaşaçı kimi izlədiyiniz ən yaxşı oyun hansıdır?

- Mən futbola baxmıram, çünki özüm bununla məşğulam. Futboldan danışıram, futbol görürəm... Bir az məsafə saxlamaq lazımdır. Amma bir oyunu qeyd edə bilərəm. 1998 mundialının finalı. Ronaldo və Zidan kimi futbolçuların oynadığı finala istər-istəməz baxmalı olursan.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR