Nyu-Yorkda minlərlə insan Trampın qülləsini mühasirəyə aldı

Nyu-Yorkda minlərlə insan Trampın qülləsini mühasirəyə aldı
11:27 13 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda bir neçə min insan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı yenidən etiraz edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, onlar "Bu mənim prezidentim deyil!", "Biz qorxmuruq!" "Nifrətə yox, irqçiliyə yox, Trampa yox!", "Donald Tramp getməlidir" və s. şüarlar açıblar.

ABŞ-ın Los-Anceles şəhərində də Donald Trampın prezident seçilməsinə qarşı etirazlar davam edir.

Oradakı aksiyada üç minədək etirazçı iştirak edir. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

Polis əməkdaşları qanunsuz etirazçılardan 150 nəfərini saxlayıb.

ABŞ-ın qərbində yerləşən Oreqon ştatının Portlend şəhərində isə Trampa qarşı keçirilən aksiyada naməlum şəxs silahla etirazçıya atəş açıb. Hadisənin mübahisə zəminində baş verdiyi ehtimal edilir. Yaralanan etirazçı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR