Qarabağda erməni əsgər öldürüldü

Qarabağda erməni əsgər öldürüldü
12:05 13 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 13-də, saat 02:15 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birində olan 1995-ci il təvəllüdlü əsgər Vardan Hovannes oğlu Arakelyan ölüb. Onun avtomatdan açılan güllə yarasından öldüyü bildirilir.

Erməni tərəfinin iddiasına görə, əsgər naməlum şəraitdə öldürülüb. 

Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR