Küsülü rejissorlarımız barışdılar - FOTO

Küsülü rejissorlarımız barışdılar - FOTO
12:12 13 Noyabr 2016
779 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddətdir küsülü olan rejissorlar Şahin Zəkizadə və Aqil M.Quliyev barışıblar. 

Axşam.az-ın məlumatına görə, qan xərçəngindən əziyyət çəkən Ş.Zəkizadə bacısı və xəstəliyi ilə bağlı status yazıb. Rejissorun həmin sözlərinə şərh yazan Aqil M.Quliyev barışıq addımı atıb. O, Ş.Zəkizadədən üzr istəyib:

"Allah şəfa versin. Üzrlü saysan, minnətdar olaram. Sən xəstə olduğun ərəfədən mən Bakıda deyiləm və yaxın ərəfədə də olmayacam. Bilirsən ki, sənin xətrini çox istəmişəm. Səninləyəm, dost".

Ş.Zəkizadə: "Əsas insanın qəlbi xəstə olmasın. Sənin burada üzr istəməyin mənim küsülülüyümü yox etdi. Allah bütün xəstələrə şəfa versin", - deyə cavab verib.

Qeyd edək ki, Ş.Zəkizadə xəstəxanada yatan gündən həmkarı onunla əlaqə saxlayıb, hal-əhval tutmadığı üçün ondan incimişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/488945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR