Ceki Çana fəxri "Oskar" mükafatı verilib

Ceki Çana fəxri "Oskar" mükafatı verilib
12:42 13 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Məşhur aktyor Ceki Çan kino sənətinə verdiyi töhfələrə görə fəxri "Oskar" mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının "Twitter" səhifəsində məlumat verilib.
Təntənəli mükafatlandırma mərasimi şənbə günü Los-Ancelesdə keçirilib.
"200 filmdən, qırılan sümüklərdən sonra, o, ("Oskar") mənimdir", - deyə 62 yaşlı aktyor mərasimdə çıxışı zamanı bildirib.
Ceki Çan 100-dən çox filmdə baş rolda çəkilib. O, təkcə aktyor yox, həm də rejissor, prodüser, ssenarist və müğənnidir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR