"Gecikmədə heyət üzvləri də günahkardı" - AZAL rəsmisi

"Gecikmədə heyət üzvləri də günahkardı" -  AZAL rəsmisi
12:57 13 Noyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olan yığmamız oyundan dərhal sonra vətənə dönməli idi. Lakin heyət üzvlərini gətirən “Boeing 787 Dreamliner” təyyarəsində problem yarandığından yubanma oldu. Millimiz dünən Bakı vaxtı ilə saat 19:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdı. 


Fanat.Az xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “facebook”da məsələyə aydınlıq gətirib və gecikmənin həm də heyət üzvlərindən qaynaqlandığını bildirib: “Mühərrik işə salınan zaman sistem xəta göstərib. Prosedura əsasən, sistemi yenidən qoşulub ki, bu da müəyyən vaxt tələb edir. Səhər tezdən biz uçuşa hazır idik. Lakin gözləməyib, müxtəlif istiqamətlərə dağılan komandanı toplaya bilmədik”.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotgecikmd-heyt-uzvlri-d-gunahkardquot-t54115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR