Təyyarə Bakıda məcburi eniş etdi: iki sərnişin xəstəxanada

Təyyarə Bakıda məcburi eniş etdi: iki sərnişin xəstəxanada
12:58 13 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistan Beynəlxalq Hava Yollarının (Pakistan International Airlinesn) Mançester-İslamabad marşrutu ilə uçan təyyarəsi (RK-702 reysi) fövqəladə vəziyyətə görə bu gün Heydər Əliyev Bakı beynəlxalq aeroportunda məcburi eniş edib.

Virtualaz.org bildirir ki, bu barədə Pakistanın Samaa telekanalı məlumat yayıb.

Pakistan aviaşirkətinin nümayəndəsi telekanalın jurnalistinə bildirib ki, bu reysin iki sərnişini təcili Bakı klinikalarından birinə çatdırılıb.

Telekanalın məlumatına görə, Pakistanın Bakıdakı səfirliyinə bu hadisə haqqında məlumat verilib.

Həmin iki sərnişini klinikaya göndəriləndən sonra təyyarə İslamabada yola düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR