Bakı metrosunda faciəvi hadisə: QADIN ÖLDÜ

Bakı metrosunda faciəvi hadisə: QADIN ÖLDÜ
13:19 13 Noyabr 2016
654 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı metrosunda ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, metronun "Koroğlu" stansiyasının keçidində 45-50 yaşlı qadın qəfil yıxılıb. Yaxınlıqdakı şəxslər dərhal təcili tibbi yardım çağırıblar. Lakin artıq gec olub və qadın vəfat edib.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, həkim briqadası hadisə yerinə çatdıqda həmin qadın artıq keçinibmiş. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.

 

Hadisə yerinə Nizami rayon Prokurorluğunun əməkdaşları gəlib. Qadının şəxsiyyəti dəqiqləşdirilir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR