Bolt futbol klubunda oynamaq istəyir

Bolt futbol klubunda oynamaq istəyir
13:32 13 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

100 və 200 metr masəfəyə qaçışda dünya rekordçusu Usain Bolt yayda yüngül atletika karyerasına son verəcək. Londonda keçiriləcək dünya çempionatından sonra 30 yaşlı sprinter futbolda özünü sınamaq niyyətindədir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, yamaykalı atlet "Borussia Dortmund"da məşq etmək üçün danışıqların getdiyini bildirib.

""Borussia"nın nümayəndələri ilə danışıqlar aparırıq. Görək bundan nə çıxacaq. "Manchester United"də oynaya bilsəydim, arzum yerinə yetərdi".

Ötən il Bolt "Manchester United"in rəsmi kanalına açıqlamasında klubda ona sınaq müddəti verilməsini istəmişdi. "Formadayam, sürətliyəm, topla rəftar edə və oyunu başa düşə bilirəm", - Olimpiya çempionu fikrini əsaslandırmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR