Tehranda küçəyə çıxmaq yasaqlandı

Tehranda küçəyə çıxmaq yasaqlandı
14:38 13 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Tehranda havanın çirklilik dərəcəsi şəhərdə yaşayan bütün şəxslər üçün təhlükəlidir.

APA-nın Tehran bürosunun məlumatına görə, artıq 5 gündür ki, çirkli hava şəraiti davam edir.

Tehranda havanın çirklilik dərəcəsi elə bir həddə çatıb ki, məktəblərdə idman dərsləri tətil olunub. Tehranda Havanın Keyfiyyətinə Nəzarət edən Təşkilat müxtəlif yaş qruplarından olan bütün vətəndaşlara məsləhət görüb ki, zərurət yaranmadıqca evdən çölə çıxmasınlar, şəhərdə fiziki işlər görməkdən çəkinsinlər.

Tehranda havanın çirkliliyi ilə mübarizə məqsədi ilə yaradılan Fövqəladə hallar komitəsi elan edib ki, avtomobillərin gediş-gəlişi üçün məhdudiyyətlər tətbiq olunacaq. Həmçinin Tehran şəhərində bu gündən tüstüləyən sərnişin avtobusların hərəkəti qadağan olunacaq. İki gün Tehran şəhərində fəaliyyət göstərən qum mədənlərinin də fəaliyyəti dayandırılacaq.

Rəsmi məlumatlara görə, hazırda Tehranda 13 milyona qədər insan yaşayır. Tehranda havanın çirkli olması bu şəhərin ən böyük problemlərindən birinə çevrilib. Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Hər il payız və qış aylarında bu problem ən yüksək həddə çatır və bəzi vaxtlar dövlət idarələri və məktəblərin tətil olması ilə nəticələnir. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə tətil olub.

Tehranda havanın çirkli olması səbəbindən hər il 4 mindən çox insan vəfat edir. Hazırda Tehranda əhalinin 40 faizi ictimai nəqliyyatdan, 60 faizi isə şəxsi avtomobilindən istifadə edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR