Ağlımızı alan bəyaz

Ağlımızı alan bəyaz
00:12 6 Yanvar 2015
181 Sosial
Ölkə mətbuatı
A- A+

Kaliforniya Universitetinin alimlərinin araşdırmaları şəkər haqqında bütün mifləri alt-üst edib. Əvvəllər belə bir düşüncə vardı ki, çoxlu şəkər qəbul edən adamların beyinləri daha yaxşı işləyir. Ancaq heç də belə deyilmiş. Çoxlu miqdarda şirniyyat yeyən adam zamanla kəmağıl olur.

Milli.Az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri apardıqları araşdırmalardan sonra belə bir nəticəyə gəliblər. Əgər insan çoxlu miqdarda şirniyyat yeyirsə, düşünmək qabiliyyəti, yaddaş zəifləyir.

Şəkərin tərkibindəki saxaroza və qlükoza maddələri düşünmək qabiliyyətini zəiflədir. Saxaroza və fruktoza düşünmə proseslərini nizamlayan Omeqa-3 amino turşularını məhv edir. Bu səbəbdən də şəkər diqqət zəifliyinə və məntiqi düşüncə qabiliyyətinin zəifləməsinə səbəb olur. Omeqa-3 amino turşuları beyindəki neyronları nizamlayır.

Tədqiqatlar göstərib ki, beyinin daha yaxşı işləməsi üçün tərkibində Omeqa-3 yağları olan qidaları qəbul etmək lazımdır. Balıq məhsulları buna ən yaxşı nümunədir. Bundan başqa, qoz, fındıq kimi qidalar da beyinin işini yaxşılaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/317390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR