Ordumuzun irimiqyaslı təlimləri davam edir - FOTOLAR

Ordumuzun irimiqyaslı təlimləri davam edir - FOTOLAR
17:03 13 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin planına əsasən qoşunların, döyüş texnikalarının, döyüş gəmilərinin, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxarılması həyata keçirilib.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "həyəcan" siqnalı ilə qaldırılan qoşunların və komanda idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələrinin ehtiyat aerodromlarına, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin əməliyyat rayonlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələrinin müvəqqəti atəş və start mövqelərinə çıxarılması və yenidən qruplaşması sona çatdırılıb.

Təlimdə iştirak edən qoşunlar şərti düşmənin ehtimal olunan fəaliyyətlərinin qarşısının alınması məqsədilə, plana uyğun yaradılmış vəziyyətlərdə sərəncamda olan müasir vasitələrdən, idarəetmə sistemlərindən, silah və texnikalardan effektiv istifadə edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
















Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR