Tramp əleyhdarları yorulmurlar - FOTO

Tramp əleyhdarları yorulmurlar - FOTO
18:52 13 Noyabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın bir sıra şəhərlərində yüz minlərlə insan Donald Trampın ABŞ-ın prezidenti seçilməsinə qarşı etiraz aksiyası keçirməkdə davam edir.

Virtualaz.org bildirir ki, bu barədə bu gün ABŞ KİV-inə stinadən "İnterfaks" xəbər yayıb.

Ən kütləvi çıxışlar Nyu-Yorkda, Los-Ancelesdə, Çikaqoda və Portlenddə qeydə alınıb.

Bir gün əvvəl Portlend şəhərinin meri Çarlz Xeys və şəhər polisinin rəisi Maykl Marşman etiraz edənləri sakitləşməyə və vandalizm əməllərindən çəkinməyə çağırmışdılar. Amma...

Etirazların bir çox iştirakçıları saxlanılıb, onların polis bölmələrindəki dəqiq sayı barədə məlumat verilmir.

Bundan başqa, polis bir çox yerlərdə etiraz edənləri saxlamaq üçün gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə etməli olub.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR