Mətanət xəbərdarlıq etdi - "İkinci belə bir addım həbslə nəticələnəcək" + video

Mətanət xəbərdarlıq etdi - "İkinci belə bir addım həbslə nəticələnəcək" + video
19:16 13 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Beş gəlin" verilişinin aparıcısı Mətanət Əliverdiyeva onun adından istifadə edənlərə xəbərdarlıq edib.

Axşam.az-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişinə açıqlama verən Mətanət bir qrup şəxsin onun adından istifadə edib pul qazandığını söyləyib.

"Evlərə zəng vururlar. "ATV-nin müxbiriyik" deyirlər. Mətanətin verilişindən min manat civarında cehiz qazanmısınız. Amma 250-300 manat verin və gəlin həmin cehizləri ATV kanalından götürün", - deyə Mətanət Əliverdiyeva insanları aldadanlar barədə danışıb.

Aparıcı deyir ki, artıq bir neçə şəxs bununla bağlı kanala müraciət edib. Amma bütün bunların cəfəngiyyat olduğunu bildirən Mətanət insanları aldanmamağa səsləyib.

Eyni zamanda insanları aldadanlara da üzünü tutan aparıcı bunları deyib:

"Mən bilmirəm bunu kim edir. Amma inandırım sizi ki, ikinci belə bir addım həbslə nəticələnəcək".



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR