Arif Rəhimov: "Bakıda keçirilən "Formula-1"in Monako kimi məşhur olacağına ümid edirik"

Arif Rəhimov: "Bakıda keçirilən "Formula-1"in Monako kimi məşhur olacağına ümid edirik"
20:57 13 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ "Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Azərbaycan mərhələsinin təşkilatçıları Bakı Qran-prisinin Monako kimi tanınmış olacağına ümid edirlər.
"Report" xəbər verir ki, bunu TASS-a mərhələnin promouteri Arif Rəhmov deyib.
Bakı bu mövsüm tarixində ilk dəfə olaraq "Formula-1"in Avropa Qran-prisi adlandırılan mərhələsini qəbul edib.
"Bu il Qran-priyə 100 milyondan çox insan baxdı, bu şəhərin necə gözəl olduğu onlayn gördü. Bu il bizə 4 mindən çox əcnəbi gəlib, növbəti dəfə, ümid edirik ki, gələnlərin sayı artacaq", - deyə Arif Rəhimov bildirib.
"Ümid edirik ki, bizim mərhələ də Monako kimi tanınmış olacaq", - deyə o əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/arif-rehimov-bakida-kecirilen-formula-1-in-monako-kimi-meshur-olacagina-umid-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR