"Britaniyalı kişilərə baxmaqdan həzz alıram" - FOTO

"Britaniyalı kişilərə baxmaqdan həzz alıram" - FOTO
21:12 13 Noyabr 2016
269 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniya şahzadəsi Harri ilə sevgili olan aktrisa Meqan Markl jurnallarda birinə müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa Harriyə çoxdan aşiq olduğunu dilə gətirib.

"Mən uzun illərdir ki, britaniyalı kişilərə baxmaqdan həzz alıram. Xüsusilə onlar şərf və papaq taxanda. Bundan başqa, kişi ürəyiaçıq olanda və yüksək vəzifəlidən tutmuş, aşağı vəzifəliyə kimi hər kəsə eyni gözlə baxanlar məni cəlb edir. Mənim seçdiyim kişi mənə etibar etməlidir. Mənə "əzizim" deyənləri və məni güldürməyi bacaranları sevirəm", - deyə Meqan açıqlama verib. 

Qeyd edək ki, ötən həftə şahzadə Harri Meqan ilə arasında sevgi münasibətinin olduğunu rəsmən elan edib.

32 yaşlı şahzadə, nəinki, 35 yaşlı amerikalı aktrisaya vurulub, hətta, onu öz ailəsi ilə tanış da edib və onunla evlənmək fikrindədir. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Xatırladaq ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR