Tramp: "Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək"

Tramp: "Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək"
21:57 13 Noyabr 2016
192 Dünya
Ölkə mətbuatı
A- A+

Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti seçilən Donald Tramp CBS telekanalına müsahibəsində bəyan edib.

"ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində qeyri-qanuni yaşayanlardan gedir", deyə D.Tramp bildirib.
 
O həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR